Xəbər verdiyimiz kimi, Cənubi Kiprdə baş tutan "AEL" - "Qarabağ" matçında kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən matş hakim tərəfindən dayandırılıb.
Demokrat.az xəbər verir ki. "Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə Qurban Qurbanovla kiprli azarkeşlərin arasındakı gərginliyin səbəbindən danışıb:
"İlk dəqiqələrdən bizi söyürdülər. Ehtiyat oyunçular skamyamızda oturanlara arxadan su atırdılar. Biz qol vurandan sonra Qurban Qurbanovu türk dilində söydülər. Çox pis söyüşlər idi. Qurban müəllimin üzərinə hücum etdilər. Hücum edən AEL-in mətbuat xidmətinin əməkdaşı idi. Kiprlilərin bir futbolçusu da ona qoşuldu. Oyun dayandı. İçəridə hakimə dedik ki, biz davam etməyə hazırıq".
"AEK Arena”dakı azarkeşlər qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatdırıb. Oyunda məcburi fasilə yarandıqdan sonra matç qaldığı yerdən davam edib.
Xatırladaq ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Demokrat.az


