Xəbər verdiyimiz kimi, Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Son məlumata görə, yanğın Şamaxı ərazisinə də keçib.
Fövqəladə Hallar Naziriyinin mətbuta xidmətinin rəisi Gülçin Mehdiyeva Demokrat.az-a açıqlamasında yanğınla bağlı tədbirlərin görüldüyünü bildirib:
“Ağsu ərazisində başlayan yanğının söndürülməsi üçün tədbirlər həyata keçirilir. Başlayan yanğınlar tədbirlərdən sonra söndürülüb”.
Nazirlik rəsmisi hadisənin səbəbi ilə bağlı araşdırmaların aparıldığını bildirib:
“Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır. Hazırda bu barədə dəqiq fikir bildirmək çətindir. Araşdırmalardan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.
Aygül Qarayeva Demokrat.az


