Hadisə

Bakıda “Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı — ANBAAN VİDEO

Bakıda “Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı — ANBAAN VİDEO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Oxu.az"a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, hadisə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində baş verib:

“Ölümlə nəticələnən yol-nəqliyyat hadisə bu gün 18:09 radələrində baş verib. 90-FD-955 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək piyadanı vurub. Təxminən 30 yaşlı şəxs hadisə yerində vəfat edib”.

O qeyd edib ki, sürücü daha sonra üç avtomobilə çırpılıb.

Həmin videonu təqdim edirik:

Demokrat.az

D
demokrat.az