Hadisə

Bakıda yanğın: 30 nəfər təxliyə edildi

Bakıda yanğın: 30 nəfər təxliyə edildi

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Demokrat.az xəbər verir ki, binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb. Yüksək temperaturdan 1 ədəd qaz sayğacı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

D
demokrat.az