Kriminal

Gəncədə 38 yaşlı kişi kürəyindən bıçaqlandı

Gəncədə 38 yaşlı kişi kürəyindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nəbi Elbəy oğlu Kərimov mübahisə zəminində naməlum şəxs tərəfindən kürək nahiyəsindən kəsici alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az

D
demokrat.az