Hadisə

Bakı-Qazax yolunda 6 maşın toqquşdu — yaralananlar var

Bakı-Qazax yolunda 6 maşın toqquşdu — yaralananlar var

Bakı-Qazax magistral yolunda avtoqəza baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ilə Ələt qəsəbəsinin sərhədində qeydə alınıb.

Magistral yola yağ dağılması nəticəsində 6 avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan 3 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/APA.

D
demokrat.az