Hadisə

Xaçmazda 12 yaşlı yeniyetməni maşın vurdu

Xaçmazda 12 yaşlı yeniyetməni maşın vurdu

Xaçmaz rayonunda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Xaçmaz rayonu ərazisində qeydə alınıb.

Minik avtomobili yolu keçən 2009-cu il təvəllüdlü İsakov Elşad Etibar oğlunu vurub.

Azyaşlı təcili yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az