Dünya

Ukraynada vertolyot yandı, 2 nəfər öldü

Ukraynada vertolyot yandı, 2 nəfər öldü

Ukraynada “Mi-2” tipli vertolyot qəza törədərək yanıb.

“Qafqazinfo” Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, insident bu gün səhər Nikolayevsk vilayətində baş verib.

Qəza nəticəsində iki nəfər - pilot və onun köməkçisi həlak olub.

Məlumata əsasən, yanğın söndürülüb.

Demokrat.az

D
demokrat.az