Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatı davam edir.
Demokrat.Az-ın əldə etdiyi məlumata görə, AzTV-nin Baş mühəndisi, “Əməkdar mühəndis” Knyaz Mehdiyev, AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov, Sədrin texniki məsələlər üzrə müavinləri - Nazim Mürsəlov və Zaur Hüseynzadə, “Mədəniyyət” telekanalının direktor müavini Nadir Axundov tutduğu vəzifədən azad ediliblər.
İşdən çıxarılan Nazim Mürsəlov Arif Alışanovun qohumu, Nadir Axundov isə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bibisi qızı Yeganə Axundovanın həyat yoldaşıdır.
Qeyd edək ki, Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olarkən, Nazim Mürsəlov və Zaur Hüseynzadə Arif Alışanovun tapşırığı ilə İTV-yə transfer olublar.
Demokrat.Az


