Hərbi

MN: Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu

MN: Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Demokrat.az

D
demokrat.az