Hadisə

Binəqədidə iki maşın toqquşdu

Binəqədidə iki maşın toqquşdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Demokrat.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Fərzəliyev Mətin Vahid oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır/Report.

D
demokrat.az