Hadisə

Nabranda iki nəfər dənizdə batdı

Nabranda iki nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, qeyri-çimərlik ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

D
demokrat.az