İdman

AVRO-2020: İspaniya yarımfinala yüksəldi

AVRO-2020: İspaniya yarımfinala yüksəldi

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start verilib.

Demokrat.az xəbər verir ki, ilk oyun günündə 2 matçdan 1-i artıq başa çatıb. Əvvəlcə İsveçrə İspaniya ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn İspaniya yarımfinala yüksəlib.

Günün digər oyununda isə Belçika İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək iki görüşlə 1/4 finala yekun vurulacaq.

Avro-2020, 1/4 final

2 iyul

20:00. İsveçrə - İspaniya - 1:1 (Penaltilər seriyası - 1:3) Qollar: Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1) Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə) Baş hakim: Maykl Oliver (İngiltərə) Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

Penaltilər

İspaniya: 3 İsveçrə : 1

Qol.az

D
demokrat.az