Hadisə

Qubada maşın dərəyə aşıb, sürücü öldü — FOTO

Qubada maşın dərəyə aşıb, sürücü öldü — FOTO

Qubada minik maşını dərəyə aşıb, sürücü ölüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qaraçay kəndində qeydə alınıb.

Şabran rayon sakini 1978-ci il təvəllüdlü, Qalib Əzməmməd oğlu Əsgərov idarə etdiyi "NİVA" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qayadan Qaraçay çayının yatağına aşıb.

Hadisə nəticəsində, Q.Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az