Hadisə

Keçmiş mətbuat katibi həbs edildi

Keçmiş mətbuat katibi həbs edildi

Əvvəllər Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı"nda baş redaktor, daha sonra "Azərxalça"da mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmiş Tural Səfərovun Naxçıvanda həbs edildiyi barədə xəbər yayılıb.

Demokrat.az xəbər verir ki, T.Səfərovun həbsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilmir. Ancaq onun həyat yoldaşı Tural Səfərovun Naxçıvanda həbs edildiyinə dair faktı təsdiqləyib.

Tural Səfərov bu ilin aprelində üç ildir çalışdığı Azərxalça Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəsifəsindən ayrılıb.

Daha sonra az müddətdə "Moderator.az" saytı ilə əməkdaşlıq edib.(modern.az)

D
demokrat.az