Hadisə

Bakıda oteldə YANĞIN ÇIXDI

Bakıda oteldə YANĞIN ÇIXDI

Paytaxtda dünən axşam yanğın hadisəsi qeydə alınıb.

Demokrat.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın saat 22:36-da söndürülüb.

D
demokrat.az