Hadisə

Yasamalda yanmış binadan ən son görüntülər — VİDEO

Yasamalda yanmış binadan ən son görüntülər — VİDEO

Yasamalda bu dəqiqələrdə hündürmərtəbəli yaşayış binasında yanğın söndürülsə də, 10-dan artıq mənzilə ciddi ziyan dəyib.

Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın zamanıbir neçə polis və FHN əməkdaşı tüstüdən zəhərlənib.

Yanğın nəticəsində xəsarət alan yoxdur.

Demokrat.az hadisədən sonra geriyə qalan görüntüləri təqdim edir:

Qeyd edək ki, FHN-nin yaydığı məlumatda deyilir ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın baş verib. Bildirilib ki, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Zamiq Demokrat.az

D
demokrat.az