Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.
Bu barədə Demokrat.az-a FHN-dən məlumat verilib.
Əlavə məlumat veriləcək.
21:45 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Demokrat.az-a verilən məlumata görə,FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
21:19 Bu dəqiqələrdə Bakının Yasamal rayonu Yeni yasamal qəsəbəsində "Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikdiyi hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Demokrat.az hadisə yerindən birbaşa bağlantını təqdim edir:
Demokrat.az

