Hadisə

Ermənistanda da “donuz qripi” aşkarlandı

Ermənistanda da “donuz qripi” aşkarlandı

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.

Demokrat.Az xəbər verir ki, Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan hadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb:

“Gəlin, buna “donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı 11-ə çatıb. (Report)

D
demokrat.az