Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.
“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.(oxu.az)


