Hadisə

Salyanda 44 günlük Vətən müharibəsi şəhidinin oğlu dünyaya gəldi — FOTOLAR (EKSKLÜZİV)

Salyanda 44 günlük Vətən müharibəsi şəhidinin oğlu dünyaya gəldi — FOTOLAR (EKSKLÜZİV)

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, 44 günlük Vətən müharibəsinin şəhidi Əlisahib Ələkbərovun oğlu dünyaya gəlib.

Bu barədə Demokrat.az-a Salyan rayon Xəstəxanasından məlumat verilib.

Məlumata görə, bu gün səhər doğulan körpəyə atasının adı qoyulub.

Körpə Əlisahibi ilk ziyarət edənlər arasında Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov da olub.

Qeyd edək ki, şəhid Əlisahib Ələkbərov 1994-cü il yanvarın 15-də Salyan rayonunun Piratman-Gəncəli kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Əlisahib Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Əlisahib Ələkbərov noyabrın 1-də şəhid olub. Salyan rayonunda dəfn olunub.

Əlisahib Ələkbərov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Demokrat.az eksklüziv olaraq körpənin fotolarını təqdim edir:

Salyanda 44 günlük Vətən müharibəsi şəhidinin oğlu dünyaya gəldi — FOTOLAR (EKSKLÜZİV)
Salyanda 44 günlük Vətən müharibəsi şəhidinin oğlu dünyaya gəldi — FOTOLAR (EKSKLÜZİV)
Salyanda 44 günlük Vətən müharibəsi şəhidinin oğlu dünyaya gəldi — FOTOLAR (EKSKLÜZİV)
Salyanda 44 günlük Vətən müharibəsi şəhidinin oğlu dünyaya gəldi — FOTOLAR (EKSKLÜZİV)
Salyanda 44 günlük Vətən müharibəsi şəhidinin oğlu dünyaya gəldi — FOTOLAR (EKSKLÜZİV)

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az