Hadisə

Bakıda bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd göstərdi

Bakıda bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd göstərdi

Bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb: "Saxlanılan yoxdur".

Demokrat.az

D
demokrat.az