Xarici siyasət

Əli Əsədovun Rusiyaya rəsmi səfəri başladı

Əli Əsədovun Rusiyaya rəsmi səfəri başladı

Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiya Federasiyasına (RF) rəsmi səfəri başlayıb.

Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.

Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

D
demokrat.az