İtkin düşən tələbə İlkin Hüseynovun axtarış tədbirləri davam etdirilir.
Bu barədə lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov məlumat verib.
O qeyd edib ki, itkin düşən tələbədən hələlik heç bir məlumat yoxdur: "Şabran rayon sakini 20 yaşlı İlkin Hüseynovun itkin düşməsi ilə bağlı Şabran rayon Polis Şöbəsinə məlumat daxil olub. Bununla əlaqədar axtarışlara başlanıb. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir".
Demokrat.az


