Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı baş tutdu və festival sabah da davam edəcək. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan festivalda iştirak ediblər.
Konsertdə Azərbaycanda yaşayan müxtəlif millətlərin xalq mahnıları, milli musiqimizin inciləri təqdim olundu və bu mənzərəni hər birimiz qürurla, fərəhlə izlədik.
“Sherg.az”la həmsöhbət olan Xalq artisti Rasim Balayev də “Xarıbülübül” musiqi festivalını yüksək qiymətləndirib: 


