İqtisadiyyat

" "Yaşıl Dəhliz” buraxılış sistemi sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyədi " - Səfər Mehdiyev

 Yaşıl Dəhliz” buraxılış sistemi sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyədi  - Səfər Mehdiyev

"Azərbaycanda aparılan iqtisadi islahatlar, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının f orumu: "Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, "Yaşıl Dəhliz” buraxılış sistemi Prezident İlham Əliyevin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir: "Bu sistem özünü idarəetməyə yol açır. Sahibkarlar gələn il fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurun görmədən, ofislərindən apara biləcəklər. Bu da şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətlərinin minumuma endirilməsi, vaxt məhdudiyyətinin aradan qaldırılması, logistik xidmətlərə çəkilən xərclərin 0-a endirilməsi deməkdir”. (Report)

Demokrat.Az

D
demokrat.az