Sosial

Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi — FOTOLAR

Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi — FOTOLAR

Bu gün Abşeron Rayon İcra Hakimiyyətində rayonun bir neçə ruhanisi və ağsaqqalı ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı qələbədən danışan rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova deyib ki, igidlərimiz öz gücünü və hünərini döyüş meydanında göstərərək düşmənə ağır və sarsıldıcı zərbələr vurub. Azərbaycanın öz torpaqlarını döyüşərək, düşməni təslim olmağa məcbur edərək azad etdiyini önə çəkən İ.Gülməmmədova deyib ki, II Qarabağ müharibəsindən sonra həm ermənilər, həm onları dəstəkləyən müəyyən dairələr, həm də bütün dünya ölkəmizin gücünü görüb: "Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və iradəsi ilə Azərbaycanın qələbə əldə edib. Şəhidlərin, qazilərin və ümumilikdə bütün hərbçilərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu".

Sonra rayon ərazisində görülən işlərdən, həyata keçirilən abadlıq-quruculuq tədbirləri haqqında məlumat verən İ.Gülməmmədova qarşıda duran vəzifələr və həyata keçiriləcək layihələr barəsində ağsaqqalları məlumatlandırıb.

Tədbirin sonunda rahanilər və ağsaqqallar “Rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə” Fəxri Fərmanlarla təltif olunublar.


Demokrat.az

D
demokrat.az