Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında başlamış yanğın söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Qeydedilib ki, çoxmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin bir otağında plastikdən ibarət pəncərə çərçivəsi və bir ədəd kondisioner, eyvanında bir ədəd dolab yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
09:35 Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.
Demokrat.az xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsindəki çoxmərtəbəli binalardan birində baş verib.
Hazırda binanın yuxarı mərtəbələrindən birində yerləşən mənzildə yanğın davam edir.


