Hadisə

Bakıda sərnişin dolu avtobus qəzaya düşdü — FOTOLAR

Bakıda sərnişin dolu avtobus qəzaya düşdü — FOTOLAR

Bakının Mərdəkan yolu istiqaməti, Şağan qəsəbəsinin girəcəyində sərnişin dolu 136 nömrəli avtobus qəzaya düşüb.

Demokrat.az xəbər verir ki, hadisə bu gün səhər saat 07:38 radələrində baş verib.

Belə ki, beton qarışdıran yük maşını 136 nömrəli avtobusu ötmək istəyərkən qəzaya səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəyib.(mediapost.az)

D
demokrat.az