Hadisə

Namiq Nağıyev vəfat etdi

Namiq Nağıyev vəfat etdi

Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin müdiri Namiq Nağıyev koronavirusdan vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, o, bu gün COVİD-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, N.Nağıyev ötən ilin sonunda təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə təyin olunmuşdu. Bundan əvvəl isə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.

D
demokrat.az