Tanınmış jurnalist Xədicə İsmayıl koronavirusa yoluxub.
Demokrat.az-ın xəbərinə görə, COVID-19 infeksiyasına yuluxması barədə jurnalistin özü məlumat verib.
X.İsmayıl bunları qeyd edib:
"Yoluxmuşam. Hələ ki vəziyyət yaxşıdır. Müalicəyə başlamışıq (vitaminlər C+D+Zc, kardioaspirin, kleksan və favipiravir). Nə öskürək, nə qızdırma var. Saturasiya da qaydasında. Simptomlar: Burnumda danışıram, Soyuq tər İybilmə yoxdur Ümumi dadları (şirin, duzlu, turş) hiss edirəm, amma spesifik dadları yox. Məsələn, iki meyvə şirəsini gözübağlı fərqləndirə bilmərəm. (Mənim üçün ciddi itkidir) Özünüzü qoruyun".


