Ermənistanda son sutka ərzində daha 1033 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 210 518 nəfərə yüksəlib.
Ermənistanda koronavirusdan bir gündə həm də 25 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 3944-ə çatıb. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 987 nəfərdir.
Hazırda Ermənistanda 15 316 nəfər aktiv koronavirus xəstəsi var.
Demokrat.az


