Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Yaqubzadə Tamerlan Seyran oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin əziyi diaqnozu qoyulub.(report.az)


