Hadisə

Bakıda üzərinə qapı düşən körpə öldü

Bakıda üzərinə qapı düşən körpə öldü

Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

Demokrat.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)

D
demokrat.az