Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun digər iki oyunu üçün təyinatlar açıqlanıb.
Demokrat.az xəbər verir ki, “Zirə” – “Keşlə” matçında Rəşad Əhmədov baş hakim olacaq.
“Qarabağ” – ”Sumqayıt” qarşılaşmasını isə FIFA referisi Rauf Cabbarov idarə edəcək.
11 aprel (bazar)
17:00. “Zirə” – “Keşlə” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Zirə İdman Kompleksinin stadionu
19:15. “Qarabağ” – "Sumqayıt" Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev “Azersun Arena”
Qeyd edək ki, bu gün XXII turda "Qəbələ" - "Neftçi" və "Sabah" - "Səbail" oyunu keçiriləcək.(report.az)


