"Ukrayna xarici işlər naziri Dmitriy Kuleba beynəlxalq aləmə çağırış edərək ölkənin şərqində gərginliyi artırmaq istəyən qüvvələri qınamağı xahiş edib. Məsələ burasındadır ki, il başlayandan bu yana Ukraynanın 23 hərbçisi həlak olub. Sonuncu insident zamanı separatçıların aşdıqları atəş nəticəsində 4 ukraynalı hərbçi həlak olmuşdu. Separatçılar atəşkəsi özbaşına pozmurlar, onlara əmr verənlər var".
Demokrat.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hazırda Ukraynada baş verən prosesləri şərh edərkən qeyd edib.
Politoloq bildirib ki, bu gedişat genişmiqyaslı müharibəyə aparır:
"Ukrayna prezidenti “Normand dördlüyünü” (Ukrayna, Fransa, Almaniya və Rusiya) toplaşmağa çağırıb. 4 ölkənin lderi onlayn formatında görüşüb və Donbasdakı durumu müzakirə edəcəklər. Ancaq çətin ki, nəticə olsun. Rusiya hakimiyyəti Ukraynanın toparlanmasını və sabitliyini istəmir. Ona görə atəşkəs tez-tez pozulur. Kreml hər yerdə olduğu kimi separatçıların əli ilə qonşu dövlətin ərazi bütövlüyünü şübhə altına alır".
Elxan Şahinoğlu qeyd edib ki, Kreml Avropadan ədalət istəyir və deyir ki, Rusiyaya qarşı yanlış siyasət həyata keçirirsiniz: 


