Maliyyə

Mərkəzi Bank statistikaya "əl gəzdirib"

Mərkəzi Bank statistikaya əl gəzdirib

Azərbaycan Mərkəzi Bankı "Manatın xarici valyutalara nisbətən nominal və real effektiv məzənnəsi"nə dair statistik məlumatlarda cari ilin yanvar ayındakı rəqəmlərə "əl gəzdirib" edib.

Index.az bildirir ki, AMB-nin fevralda (yanvar ayı üzrə hesabatda) açıqlamasında ilin ilk ayı üzrə manatın real effektiv məzənnəsinin ümumi olaraq 100.9 bənd təşkil etdiyini açıqlamışdı. Lakin son açıqlamasında (29 mart 2021-ci il) bu göstəricinin 99.9 bənd olduğu qeyd edilib.

Fevral ayına gəlincə, manatın real effektiv məzənnəsi ümumi olaraq 100.6 bənd olub. Bu da son bir ayda 0.7 bənd yüksəliş deməkdir.

Qeyri-neft sektorunda manatın REM-i 97.3 bənd olub, yaxud son ayda 0.6 bənd artıb.

Demokrat.az

D
demokrat.az