Avto

“Volkswagen” 150 mindən çox avtomobilini geri çağırır

“Volkswagen” 150 mindən çox avtomobilini geri çağırır

Almaniyanın “Volkswagen” avtomobil şirkəti ABŞ bazarındakı 153 152 sayda avtomobilini təhlükəsizlik yastıqları ilə əlaqədar geri çağırır. APA Reuters-ə istinadən xəbər verir ki, şirkət əsasən 2015 – 2020-ci illərdə istehsal olunan “Audi A3” modellərində nöqsanların ola biləcəyini bəyan edib. Qeyd edilib ki, mayın 21-dək adıçəkilən avtomobil sahibləri ilə əlaqə saxlanılacaq.

D
demokrat.az