“Koronavirusa yoluxanların sayının artması vətəndaş məsuliyyətsizliyindən irəli gələn məsələdir”.
Bunu Pravda.az-a açıqlamasında deputat Kamilə Əliyeva deyib.
K.Əliyeva təəssüf hissi ilə qeyd edib ki, sutka ərzində koronavirusdan həyatını itirənlərin sayı da artır: “Xüsusilə də bu bayram ərəfəsində insanlar bir-birlərinə qonaq gedir, bayramlaşır, qəbiristanlıqlara gedib dünyadan köçmüş yaxınlarını ziyarət edirlər və s. Bu səbəblər ucbatından insanlar arasında əlaqələr genişlənib və buna da müvafiq olaraq, yoluxma sayı da artmış olur. Bir daha əhaliyə müraciət edərək demək istəyirəm ki, məsuliyyətsizlik göstərməyək, 3 qızıl şərtə əməl edək və peyvənd vurduraq. Biz yalnız bu qaydalara riayət etməklə yoluxma sayını azalda bilərik”.
Demokrat.az


