“Hazırki epidemioloji vəziyyət vaksinasiya prosesinin könüllü həyata keçirilməsinə imkan verir”.
Bunu Pravda.az-a açıqlaması zamanı tibb üzrə ekspert, professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, hazırda bütün dünya ölkələrini vaksinlə təmin etmək imkanı olmadığı üçün vaksinasiya prosesinin icbari olması mümkün deyil: “Hazırda hər birimizin koronavirus əleyhinə vaksin vurdurmaq üçün könüllü seçim hüququmuz tanınır”.
Professorun sözlərinə görə, dünyanın vaksin təchizatı peyvəndləmənin icbari olması üçün yetərli deyil: “Amma elə zaman gələ bilər ki vaksinasiya icbari xarakter daşıya bilər. Həmin zaman vaksindən yayınan şəxslər cəmiyyətdə diskriminasiya olunacaq. Eyni zamanda vaksin vurduranlar isə bir sıra imkanlardan yararlana biləcəklər”.
Demokrat.az


