“Xəzər” TV-də "Birinci studiya" verilişinin aparıcısı Lalə Azərtaş Xalq artisti Arif Babayevin arzusunu reallaşdırıb.
Demokrat.az xəbər verir ki, tanınmış aparıcı proqramda xanəndəni dünyaya göz açdığı, Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Ağdama aparıb.
A.Babayev doğulduğu Sarıhacılı kəndinə ayaq basdıqda göz yaşlarına saxlaya bilməyib.
Aparıcının “Deyirdiniz ki, Sarıhacılıya qədəm qoysam, evimi gedib taparam, beynimdə dayanmadan cızıram ki, unutmayım. İndi həmin evi tapa bilərik” sualına xanəndə “Evi tapa bilmərik, amma daş-kəsəkdən ver, əyilə bilmirəm onu öpüm. Axı, söz vermişdim” cavabını verib və ovucuna qoyulan torpağı öpüb.
Xalq artisti valideynlərinin dəfn olunduğu qəbiristanlığa gəlib, lakin onların məzarlarını tapa bilməyib. Çünki mənfur düşmən bütün məzarları dağıdıb.
Aparıcı ilə qocaman xanəndə daha sonra Ağdam məscidini ziyarət edib.
Verilişin tam versiyasına buradan baxa bilərsiniz:
Demokrat.az

