Sosial

"Gömrüyün soyğunçuluğu nəticəsində ölkənin avtoparkı durmadan köhnəlir"

Gömrüyün soyğunçuluğu nəticəsində ölkənin avtoparkı durmadan köhnəlir

"Son zamanlar ölkə ərazisində və Bakı şəhərində ölümlə nəticələn, insanların sağlamlığına ciddi ziyan vuran avtomobil qəzalarının sayı kəskin artıb. Məlumatlardan da görünür ki, ölümlə və ciddi xəsarətlə nəticələnən qəzalarda iştirak edən əksər avtomobillər ya sovet-rus, ya da 15-20 il və daha çox “yaşı” olan maşınlardır".

Demokrat.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli yazıb.

O, qəzaların səbəbləri ilə bağlı maraqlı məqamlara toxunub: “Hökumətin karantin tədbirləri çərçivəsində ictimai nəqliyyat siyasəti düşüncəsiz və sistemsizdir. İctimai nəqliyyata şəhərdaxili qadağalar taksi xidmətinə təlabatı artırıb. İşsizlik probleminin kəskin olduğu dövrdə bir çox insanlar çərasizlikdən bor-xərclə köhnə və daha təhlükəli maşın alıb çörək pulu qazanmaq istəyir ki, bu da qəzaları artırır. Şəhərlərarası nəqliyyatın işləməməsi isə magistral yollarda taksi trafikini artırıb deyə, qəzalar da çoxalıb.

Məsələn, Gəncəyə 50 nəfər 1 avtobusda gedirdisə, indi o 50 nəfər 10-12 maşınla getməli olur. Gömrük Komitəsinin mənasız və soyğunçu siyasəti nəticəsində ölkənin avtoparkı durmadan köhnəlir, camaat daha ucuz olan köhnə maşınlara yönəlir. Hibrid və elektikli maşınlara rüsum-vergilərin ləğv edilməməsi, yeni maşınlara daha az rüsum-vergi tədbiqinin qəbul edilməməsi insanlarımızın sağlamlığına ikiqat zərbə vurur – qəzalarda köhnə maşınlar vətəndaşı qorumur, ekologiyamız da korlanır”.

D
demokrat.az