Ötən il Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinə Mərkəzi Mühafizə Məntəqəsi vasitəsi ilə qorunan obyekt və mənzillərdən daxil olan həyacan siqnallarının sayı məlum olub.
“Report”un xəbərinə görə, 2020-ci ildə İdarəyə Mərkəzi Mühafizə Məntəqəsi vasitəsi ilə qorunan obyekt və məzillərdən 241 həyacan siqanlı daxil olub.
Oğurluğa cəhd edən 5 nəfər mənzildə, 28 nəfər isə obyektdə yaxalanıb.
Həyacan siqnallarının 12-si yanğınla bağlı olub ki, polis 3 mənzil, 9 obyektdə hadisədən vaxtında xəbər tutaraq tədbir görüb.
Demokrat.az


