Hadisə

Azərbaycanda ağır qəza: ölən var

Azərbaycanda ağır qəza: ölən var

Yevlaxda ağır qəza zamanı xəsarət alan şəxslərdən biri həyatını itirib.

Demokrat.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Səmimi Tanrıverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralıların müalicəsi davam etdirilir. (apa.az)

X X X

Yevlaxda ağır yol qəzası olub.

Demokrat.az xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

"VAZ 2106" və "Hyundai-Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai"-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

D
demokrat.az