Sosial

Nazir şagirdin döyülməsinə görə direktoru və müavinini cəzalandırdı

Nazir şagirdin döyülməsinə görə direktoru və müavinini cəzalandırdı

Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.

Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub.

Bundan başqa, direktora töhmət verilib.

Qeyd edək ki, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.

Demokrat.az

D
demokrat.az