İdman

Daha bir güləşçimiz olimpiadaya vəsiqə qazandı — YENİLƏNİB

Daha bir güləşçimiz olimpiadaya vəsiqə qazandı — YENİLƏNİB

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

Demokrat.az-ın məlumatına görə, 74 kq-dakı Hacımurad Hacıyev yarımfinalda rumıniyalı Maksim Vasilioğlunu məğlub edərək, adını həlledici raunda yazdırıb.

Beləliklə, Hacı Əliyevdən (65 kq) sonra H.Hacıyev də Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya əldə edib.

21:38 Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

Demokrat.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.

3 qat dünya və Avropa çempionu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 15 idmançısı olimpiadaya vəsiqə qazanıb./"Report"

D
demokrat.az