Bakıda holdinq direktoru tikdikləri binada qadını döyüb.
Demokrat.az xəbər verir ki, martın 11-i saat 17 radələrində Yasamal rayonu, Kənar Dairəvi küçəsi 8-də yerləşən “KAT Holding”ə məxsus yeni inşa olunmuş binada holdinqin icraçı direktoru, 1981-ci il təvəllüdlü Aydın Fikrət oğlu Xəlilov xuliqalıq zəminində şəhər sakini, 1990-cı il təvəllüdlü Vüsalə Ələsgər qızı Qurbanovanı döyüb.
A.Xəlilov da oxşar şikayətlə polisə müraciət edərək qadının onu döydüyünü deyib.
Faktla bağlı Yasamal RPİ 28-ci Polis Bölməsində araşdırma aparılır.(qafqazinfo.az)


