Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun 2 saylı tam orta məktəbin akt zalında Ümummilli Lider Heydər Əliyevin 15-ci anım gününə həsr edilmiş “Ulu Öndər və müstəqil Azərbaycan gəncliyi” mövzunda anım tədbiri keçirilib.
Bu barədə Demokrat.Az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, tədbirdən öncə Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iclas iştirakçılarını salamlayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb:
"Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Tədbirdə çıxış edənlər qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev indiki müstəqil Azərbaycanının qurucusu, banisidir.
Tədbirdə Salyan rayon 2 saylı tam orta məktəbin şagirdləri şeir kompazisiyaları ilə çıxış ediblər. Tədbirin sonunda Azərbaycan Xalqının Ümummillli Lideri Heydər Əliyevin həyat yolunu özündə əks etdirən video-çarx nümayiş etdirilib.
Demokrat.Az






