Bakı-Qəbələ sürət qatarı test rejimində sınaqdan keçirilib.
Demokrat.az-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan görüntülərdə qeyd olunan marşrut üzrə sürət qatarının test rejimi zamanı hərəkəti paylaşılıb.
Xatırladaq ki, hələ iki il bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov mətbuata açıqlamasında sərnişinlərin Bakıdan Qəbələyə və əks istiqamətdə sürət qatarı ilə gedə biləcəyini söyləmişdi.
Bakıdan Qəbələyə qədər 280 km uzunluğu olan yolun 2,5-3 saata qət edilməsi nəzərdə tutulub.
Bakı-Qəbələ sürət qatarının test rejimini bu linkdən izləyə bilərsiniz:
https://www.facebook.com/594134582/videos/10159198787304583/


