Hadisə

Biləsuvarda ağır qəza — Ölən var

Biləsuvarda ağır qəza — Ölən var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində bir nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Yaralılardan 4-i Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az